İsrail Türkiyəyə müasir silahlar satmaqdan imtina edə bilər

Tel-Əviv – APA. İsrail Türkiyəyə müasir silah sistemləri satmağı dayandıra bilər. APA-nın məlumatına görə, bunu “The Jerusalem Post” qəzetinə açıqlamasında adının çəkilməsini istəməyən hərbi mənbə deyib. “İsrail Türkiyənin silah tələblərinin rədd edə bilər” başlıqlı yazıda bildirilir ki, iki ölkə arasında diplomatik münasibətlər dağılmağa davam edərkən digər sahələrdə də mövcud olan yaxın əlaqələrə yenidən baxılır. İki ölkənin orduları arasında güclü əlaqələrin olduğunu xatırladan qəzet yazıb ki, İsraildə türk hərbçilərinin hökumətə təsir gücünü itirməkdə olmasından narahatlıq duyulur. İsrail Müdafiə Nazirliyindəki mənbə “İordaniya və Misirə yüksək texnologiyalı silahlar satmırıq, Türkiyəyə də satmamağa qərar verə bilərik“, deyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu il azerbaycana avtomobil idxali 3 defe artib
    Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb
  • elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib
    Əlil şəxslərə verilən protez-ortopedik məmulat və reabilitas...
elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267