Madrid qatarlarında terror aktlarının təşkilatçısı 20 il azadlıqdan məhrum edilib

Madrid-APA. 2004-cü ildə Madriddə törədilən terror aktının təşkilatçısı mərakeşli Əbdülillah Xriz məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, məhkəmə Əbdülillah Xrizi terrorçu fəaliyyətlə bağlı bir sıra cinayətlərdə günahkar bilib. Prokuror terrorçunun ömürlük azadlıqdan məhrum edilməsini tələb etsə də, məhkəmə ona 20 il iş verilməsini məqbul sayıb. Əbdülillah Xriz son çıxışında günahkar olmadığını bildirib.

Qeyd edək ki, Əbdülillah Xriz 2007-ci ildə Madriddə törədilən terror aktında iştiraka görə şübhəli şəxs qismində həbs olunsa da, məhkəmə kifayət qədər dəlil olmadığına görə onu azadlığa buraxıb. 2008-ci ildə yeni dəlillər əldə edən polis onu yenidən həbs edib. Xatırladaq ki, 2004-cü ilin martında elektrik qatarlarında törədilən partlayışlar 191 nəfərin ölümünə səbəb olub. İstintaq zamanı partlayışların “Əl-Qaida” ilə əlaqəsi olan terror təşkilatı tətərfindən törədildiyi müəyyənləşib. Bu terror katında iştirakına görə Əbdülillah Xrizdən başqa daha 20 nəfər azadlıqdan məhrum edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272