Makedoniya prezidenti ölkənin adının dəyişdirilməsini rədd edib

makedoniya prezidenti olkenin adinin deyisdirilmesini redd edib

Makedoniya prezidenti Qeorqe İvanov Skopye ilə Afina arasında imzalanmış, ölkənin adının dəyişdirilməsini nəzərdə tutan müqavilə ilə razılaşmadığını bəyan edib.

 

APA-nın məlumatına görə, bu barədə Tera TV xəbər verib.

 

“Bu müqavilə cəmiyyəti birləşdirmir, əksinə onu daha çox ayırır. Mən Makedoniya xalqının və Makedoniya Respublikasının vətəndaşlarının ləyaqətini pozmayacaq həll üçün çalışacağam”, deyə Q.İvanov qeyd edib. Onun sözlərinə görə, müqavilə ölkə konstitusiyasını pozur.

 

Q.İvanov həmçinin deyib ki,  Makedoniyanın NATO və Avropa İttifaqına can atması bu addıma haqq qazandırmır: “Bu mənim yekun mövqeyimdir. Təzyiq, şantaj və təhdidlərlə məni sarsıtmağa imkan verməyəcəyəm. Bu zərərli müqaviləni təsdiq etməyəcəyəm”.

 

Bundan əvvəl Yunanıstan və Makedoniya arasında Makedoniya Respublikasının adının dəyişdirilməsinə dair razılığın əldə olunduğu bildirilirdi. Makedoniyanın baş naziri Zoran Zayev ölkənin Şimali Makedoniya adlandırılacağını bəyan etmişdi.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267