Temur Abazovun girov müqabilində azadlığa buraxılması tələb olunur

temur abazovun girov muqabilinde azadliga buraxilmasi teleb olunur

Ötən gün qeyri-insani və alçaldıcı rəftar faktına görə saxlanılmış Gürcüstanın Marneuli rayonunun başçısı Temur Abazov günahını etiraf etmir.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə T. Abazovun vəkili Qoqi Mosiaşvili deyib.

 

Vəkil bildirib ki,  T. Abazov ona qarşı irəli sürülən ittihamları qəbul etmir: “O, qanunsuz heç bir iş görməyib və hüquq müstəvisində mübarizə aparmağa hazırdır. Baş vermiş hadisə ona qarşı təxribat da ola bilər. Buna görə də onun müdafiəsini gücləndirmişik. T. Abazov günahsız olduğunu sübut etməyə çalışır”.

 

Hazırda Rustavi məhkəməsində T. Abazovun işinə baxılır. T. Abazovun digər vəkili Zviad Asatiani məhkəmə öncəsi bildirib ki, məhkəmədən müdafiə etdiyi şəxsin 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılması tələb olunacaq.

 

Z. Asatiani deyib ki, Marneuli sakini Elçin Allahverdiyev T. Abazovdan iş istəyib və onun bu xahişi yerinə yetirilməyib: “Buna görə də baş vermiş insident şəxsi intiqam xarakteri daşıya bilər. Temur Abazov istintaqla əməkdaşlığa hazırdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272