Türkiyədə türk-kürd gərginliyi artır

Adana – APA. Türkiyənin Adana şəhərində türklərlə kürdlər arasında gərginlik yaranıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 5-də axşam şəhərin Xıdırlı məhəlləsində 18 yaşlı yerli sakin Tekin Erdik kürd kökənli şəxslər tərəfindən qətlə yetirilib. İdarə etdiyi motosikleti küçədə saxlayaraq mağazaya daxil olan T. Erdik çölə çıxdıqda motosikletin 3 nəfər tərəfindən qaçırıldığını görüb. Oğruların dalınca qaçaraq onlara çatan yeniyetmə ilə kürdlər arasında yaranan mübahisə zamanı T. Erdik bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən keçinib. Küçədəki yerli sakinlər qatillərdən birini yaxalayaraq polisə təhvil veriblər, digər 2 cinayətkar isə qaçıb. Cinayəti törədənlərin kürd olduğunu öyrənən sakinlər ay-ulduzlu bayraqlarla küçəyə çıxıblar və PKK terror təşkilatı əleyhinə şüarlar qışqırıblar. Polis və jandarma şəhərdə vəziyyəti nəzarətə götürüb.
Xatırladaq ki, Türkiyənin Balıkəsir bölgəsinin Altınova qəsəbəsində də bir neçə gündür yerli sakinlərlə cənub-şərq vilayətlərindən köçüb gəlmiş kürdlər arasında gərginlik yaşanır. Səbəb kürdlərin 2 türk gənci qətlə yetirməsidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273