BBC radiosu gürcü hərbçilərin Cənubi Osetiyada hərbi cinayətlər törətdiyini təsdiqləyən veriliş yayımlayıb

London-APA. Britaniyanın BBC telekanalı gürcü hərbçilərin Cənubi Osetiyanın dinc sakinlərinə qarşı cinayətlərini sübuta yetirən materiallardan ibarət proqram hazırlayıb. APA-nın məlumatına görə, Tim Hyuellin müəllifi olduğu proqram BBC radio kanallarından birində efirə gedib.

Tim Hyuell proqramda gürcü tanklarının mülki evlərə artilleriya atəşi açmasını və hərbçilərin Sxinvalini tərk etməyə hazırlaşan qaçqınları güllələməsini təsdiqləyən şahid ifadələrinə yer verib. Müəllif bu materialları Human Rights Watch insan hüquqları təşkilatının əməkdaşlarından aldığını vurğulayıb. Müxbir Cənubi Osetiya ərazisində gürcü hərbçilərin qarətlə məşğul olduğunu təsdiqləyən şahid ifadələrinə də malik olduğunu bildirib.

Rəsmi Tiflis artıq BBC radiosu ilə yayımlanan verilişə sərt reaksiya verib. Gürcüstan prezidenti Mixail Saakaşvili gürcü hərbçilərinin hərbi cinayətlər işlətməsinə dair istənilən ittihamların əsassız olduğunu bildirib: “Əgər kimsə hərbi cinayətlər törədibsə, o biz deyilik. Gürcüstan tərəfi Cənubi Osetiya ərazisində hərbi münaqişə ilə əlaqədar beynəlxalq araşdırma aparılmasında israr edir. Biz istənilən təhqiqata şərait yaratmağa hazırıq”.

Böyük Britaniyanın xarici işlər naziri Devid Mİlibend isə BBS telekanalına müsahibəsində Gürcüstanın Cənubi Osetiyaya münasibətdə düşünülməmiş addım atdığını vurğulayıb. O həmçinin bu addıma qarşı Rusiyanın da qeyri-adekvat cavab verdiyini bildirib. Milibend qeyd edib ki, Tiflisə səfərləri zamanı gürcü hərbçilərin münaqişə zonasında törətdiyi cinayətlərlə bağlı məsələni dəfələrlə qaldırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272