Ermənistan gələn ilin yanvarından Türkiyəyə məhsul ixracına başlayacaq

ermenistan gelen ilin yanvarindan turkiyeye mehsul ixracina baslayacaq
İrəvan-APA. Ermənistanla Türkiyə arasında ticarət rejimi haqqında saziş ilin sonuna kimi həyata keçiriləcək və gələn ilin yanvarından Ermənistanda istehsal olunan məhsulların Türkiyə bazarında satışına başlanacaq.
APA-nın məlumatına görə, Ermənistan Sənayeçilər və İş Adamları Birliyinin rəhbəri Arsen Kazaryan bildirib ki, Türkiyə ilə sərhədlərin bağlı olması hər il Ermənistan iqtisadiyyatına 500 milyon dollar zərər vurur: “Hazırda TÜSİAD ilə Ermənistan məhsullarının qanuni yolla ixracı sahəsində danışıqlarımız davam edir. Əgər ticarət əlaqələri sazişi həyata keçirilərsə, siyasi münasibətlərin normallaşmasını gözləməyə ehtiyac qalmayacaq”.

Arsen Kazaryan ilkin mərhələdə Türkiyəyə “Rusal-Armentel” şirkətinin məhsullarının idxalının gündəmdə olduğunu deyib: “Türkiyə bazarında alüminium folqaya ciddi ehtiyac var, amma təəssüf ki, Ermənistanın istehsal etdiyi mallar Türkiyəyə üçüncü dövlətlər vasitəsilə çatdırılır. Əgər leqal ixraca başlasaq, Ermənistanda bütün istehsalçıların işi asanlaşacaq. Biz siyasətçilərdən bir addım öndə olmalıyıq”.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 2,2 dəfə artaraq 185 milyon dollara çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272