Gürcüstanda avqust hadisələrini araşdıran parlament təhqiqat komissiyası yekun hesabat yayıb

Tiflis-APA. Gürcüstanda avqust hadisələrini araşdıran parlament təhqiqat komissiyası fəaliyyətinə yekun vurub. APA-nın məlumatına görə, dünən komissiyanın yekun hesabatı açıqlanıb. Hesabatda Cənubi Osetiyada müharibəni Rusiya tərəfinin başladığı versiyası təsdiqlənir. Bununla belə komissiya Gürcüstan hakimiyyət orqanlarının həm münaqişəyə qədər, həm də müharibə zamanı bir sıra səhvlərə yol verdiyi qənaətinə gəlib. Deputatlar hesab edir ki, Rusiyanın mümkün hücum planları barədə kəşfiyyat məlumatları olsa da, rəsmi Tiflis hərbi münaqişəyə hazır olmayıb. Buraxılan səhvlər sırasında hərbi rabitə sisteminin qənaətbəxş vəziyyətdə olmaması, ehtiyat qüvvələrin hazırlanması sisteminin bərbad vəziyyətdə olması, Baş Qərargahın fors-major vəziyyətində geri çəkilmək planı hazırlamaması göstərilir: “Eyni zamanda mülki müdafiə məsələləri də lazımınca təşkil olunmayıb. Ölkədə mülki müdafiə planları ya mövcud deyil, yaxud da formal xarakter daşıyır. Müharibəyə ən hazırlıq dövlət qurumu isə Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi olub”.
Təhqiqat komissiyası hesabatın yekununda hökumətə bəzi tövsiyələr verib. Tövsiyələr arasında Milli Təhlükəsizlik Şurasının ölkənin təhlükəsizlik konsepsiyasını yenidən hazırlaması, effektiv mülki müdafiə sisteminin yaradılması, Müdafiə Nazirliyi sistemində rabitə sisteminin müasir standartlara uyğun qurulması, Hava Hücumundan Müdafiə sistemində çatışmazlıqların aradan qaldırılması və bununla bağlı parlamentə mütəmadi hesabatların verilməsi, parlament tərəfindən bu tövsiyələrin icrasının monitorinqinin aparılması da var. Qeyd edək ki, parlament təhqiqat komissiyasının tələbi ilə bütün hökumət üzvləri, o cümlədən prezident Saakaşvili müstəqil təhqiqat qrupuna ifadə verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272