Mixail Saakaşvili paytaxtı Suxumiyə köçürmək istəyirmiş

Tiflis – APA. Gürcüstan hakimiyyəti Cənubi Osetiyadakı müharibədən əvvəl - 2008-ci ilin may ayında Abxaziyada hərbi əməliyyat keçirməyi planlaşdırıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Gürcüstanda avqust ayında baş verən hadisələri araşdıran müvəqqəti parlament komissiyasının iclasında ölkənin Rusiyadakı keçmiş səfiri Erosi Kitsmarişvili deyib. O, hərbi əməliyyat planının hazırlanması üçün İsraildən təlimatçılar cəlb olunduğunu bildirib. Əməliyyata mayın sonunda başlamaq nəzərdə tutulsa da, sonradan bundan imtina edilib. Diplomat bu barədə müzakirələrin onun da iştirakı ilə prezident Mixail Saakaşvilinin rəhbərliyi altında aparıldığını söyləyib. E. Kitsmarişvili hətta M. Saakaşvilinin iclasların birində avqust ayında paytaxtın Suxumiyə köçürüləcəyini dediyini də iddia edib.

Keçmiş səfir Cənubi Osetiyada geniş miqyaslı hərbi əməliyyat keçirməyin ilk dəfə 2004-cü ilin yayında M. Saakaşvilinin iştirakı ilə müzakirəyə çıxarıldığını, ancaq ölkə buna hazır olmadığı üçün əməliyyatdan imtina edildiyini açıqlayıb. Həmin vaxt baş nazir Zurab Jvaniya bu ideyaya qarşı çıxıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267