Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşün protokol hissəsi media üçün açıq olub.

 

Sergey Lavrov çıxışında Ermənistanın yeni XİN başçısını Moskvada görməkdən məmnun olduğunu söyləyib. Rusiyalı nazir bugünkü görüşdə ikitərəfli münasibətləri müzakirə edəcəklərini bildirib: "Ümid edirəm ki, görüşümüz uğurlu keçəcək"

 

Ermənistan XİN başçısı isə çıxışında yeni vəzifədə ilk xarici səfərini Moskvaya etdiyini vurğulayıb.

 

Daha sonra görüş medianın iştirakı olmadan davam etdirilib.

 

Qeyd edək ki, Rusiya XİN Lavrov-Mnatsakanyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının da müzakirə olunacağı barədə məlumat yayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qusarda findiq bagi yanib
    Qusarda fındıq bağı yanıb
  • azerbaycan masin ve avadanliqlarin idxalini 5 defe artirib
    Azərbaycan maşın və avadanlıqların idxalını 5 dəfə artırıb...
azerbaycan masin ve avadanliqlarin idxalini 5 defe artirib azerbaycan masin ve avadanliqlarin idxalini 5 defe artirib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267