Özbəkistan Avrasiya İqtisadi Birliyindən çıxıb

Daşkənd-APA. Özbəkistan Avrasiya İqtisadi Birliyinin sıralarını tərk edib. APA-nın “Kommersant” qəzetinə istinadən yaydığı məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbələr rəsmi Daşkəndin bununla bağlı quruma üzv ölkələri keçən ay məlumatlandırdığını bildirib. Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinə Özbəkistandan başqa Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Rusiyalı diplomatlar bildiriblər ki, rəsmi Daşkənd Moskva ilə əməkdaşlıqdan, xüsusilə Rusiya, Qazaxıstan və Belarusla gömrük ittifaqından narazıdır. Qeyd edək ki, Avropa İttifaqı bir qədər əvvəl Özbəkistana tətbiq olunan iqtisadi sanksiyaları ləğv edib. Rus diplomatlar AİB-lə bağlı qərarın verilməsində bu amilin də rol oynadığını qeyd edir.

Avrasiya İqtisadi Birliyi iştirakçı ölkələr arasında sərbəst ticarət rejiminin tətbiqi məqsədilə yaradılıb. AİB çərçivəsində Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə gömrük ittifaqı yaradılması nəzərdə tutulur. Digər iştirakçı dövlətlərin bu ittifaqa daxil edilməməsi rəsmi Daşkəndin narazılığına səbəb olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib
    Müdafiə naziri: “Ermənistanla Azərbaycan arasında hərbi bala...
  • komite sedrinin muavini xaricde din adi altinda vurusub olenler sehid deyil
    Komitə sədrinin müavini: “Xaricdə din adı altında vuruşub öl...
komite sedrinin muavini xaricde din adi altinda vurusub olenler sehid deyil komite sedrinin muavini xaricde din adi altinda vurusub olenler sehid deyil +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267