Peskov: "Tramp-Kim görüşünü alqışlayırıq"

peskov tramp kim gorusunu alqislayiriq

“ABŞ prezidenti Donald Tamp və Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda keçirilən görüşü yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 
 
"Bu görüşün nəticələrini substantiv olaraq hələ analiz etmək lazımdır. Lakin görüşün özünün baş tutması faktını ancaq alqışlamaq olar. Sözsüz ki, belə görüşlər nəticəsi necə olur olsun, yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır. Bu da məmnunluq oyatmaya bilməz", - deyə Peskov vurğulayıb.
 
Kreml sözçüsü qeyd edib ki, görüş faktı Rusiya tərəfinin və prezident Vladimir Putinin haqlı olduğunu göstərir, çünki Moskva Koreya probleminin nizamlanmasının diplomatik metodunun alternativinin olmadığını, yeganə mümkün yolun birbaşa dialoq yolu olduğunu demişdi. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267