Rusiya “Qolodomor”la bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə daxil edilməsinə imkan verməyib

rusiya qolodomor la bagli meselenin bmt bas assambleyasinin gundeliyine daxil edilmesine imkan vermeyib
Nyu-York-APA. Rusiya rəsmi Kiyevin BMT Baş Assambleyasında “Qolodomor”u Ukrayna xalqına qarşı soyqırımı kimi tanıtmaq cəhdinin qarşısını alıb.
APA-nın məlumatına görə, Rusiyanın BMT-da daimi nümayəndəliyinin rəhbəri Vitali Çurkin bildirib ki, Ukrayna bununla bağlı BMT Baş Assambleyasında dəfələrlə qətnamə qəbul olunmasına çalışsa da, buna imkan verilməyib: “Ukraynanın bu kampaniyası uğursuzluqla başa çatıb. Biz həm 62-ci, həm də 63-cü sessiyada bu məsələnin BMT Baş Assambleyasının gündəliyinə daxil etmək cəhdlərinin qarşısını almışıq. Onlar anladılar ki, bu qətnamənin qəbuluna heç zaman müvəffəq ola bilməyəcəklər. Ümidləri puça çıxan Ukrayna “Qolodomor”la bağlı bəyannamə yaymağa cəhd etsə də, bu sənədi BMT-yə üzv ölkələrin çox az qismi imzalayıb. Bu sənədin altında cəmi 32 ölkənin imzası var. Bizim Ukraynadan olan diplomatlarla çox gərgin diplomatik münasibətlərimiz var. Biz SSRİ-də 30-cu illərdə baş vermiş aclığının bir çox xalqların faciəsi hesab edirik. Lakin Ukrayna hökuməti bu aclığı Ukrayna xalqına qarşı soyqırımı kimi dəyərləndirərək məsələni siyasiləşdirir. Biz bu addımı ölkələrimiz arasında münasibətlərə düşmənçilik toxumu səpmək, Ukrayna və Rusiya xalqları arasında münasibətləri korlamaq cəhdləri kimi baxırıq”

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267