Rusiyanın daxili sularından istifadə qaydaları Xəzəryanı ölkələr üçün sadələşdirilib

Bakı. Laçın Sultanova - APA. “Xəzəryanı ölkələrin I Hökumətlərarası İqtisadi Konfransı uğurlu keçib”. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın iqtisadi inkişaf və ticarət naziri, konfransın təşkilat komitəsinin sədri Elvira Nabiullina deyib. Onun sözlərinə görə, konfransda birgə investisiya layihələri bankı və hazırda mövcud olan maliyyələşdirmə imkanlarını qiymətləndirərək, birgə maliyyə institutu yaratmaq barədə qərar qəbul olunub.

Xanım Nabiullina onu da bildirib ki, nəqliyyat nazirlərinin illik sessiyalarında birgə layihələrin müzakirəsinə dair qərar qəbul olunub. Nazirlər, həmçinin, «Şimal-Cənub» nəqliyyat koridorunun inkişafı üzrə qeyri-kommersiya tərəfdaşlığı yaratmaq barədə qərar qəbul ediblər. Bu tərəfdaşlıq əsasında Xəzəryanı ölkələr Rusiyanın daxili suları vasitəsilə Qara dənizə çıxış əldə edəcəklər.

Əvvəllər Rusiyanın daxili sularından istifadəyə icazə almaq üçün dövlətlər 3-4 ay gözləməli idilər. Yeni qərar isə müraciətləri bir il əvvəldən etməyə imkan verir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267