Serj Sarkisyanın qardaşına qarşı cinayət işi açılıb

serj sarkisyanin qardasina qarsi cinayet isi acilib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırırlar.

 

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

 

“Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı onun atası Levon Sarkisyanın adına 6,8 milyon ABŞ dollar məbləğində bank depozit sənədləri aşkarlanıb.  Qanunvericiliyə uyğun olaraq, Levon Sarkisyan xüsusi tapşırıqlar üzrə səfir kimi bu məbləği bəyannamədə göstərməyib”, məlumatda deyilir.

 

Bəyanatda həmçinin bildirilir ki, L.Sarkisyanın övladları da bəyannamələrində yuxarıda qeyd olunun məbləği göstərməyiblər. Faktla bağlı Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində cinayət işi açılıb.

 

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273