Tiflis məhkəməsi casusluqda ittiham olunan erməni diaspor təşkilatlarının rəhbərləri haqqında həbs-qətimkan tədbiri seçib

Tiflis-APA. Tiflis şəhər məhkəməsi Axalkələk sakinləri Qriqori Minasyan və Sergey Akopcanyan haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. APA-nın məlumatına görə, hər iki şəxs yanvarın 22-də Gürcüstan əks-kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Qeyd edək ki, Qriqori Minasyan Axalkələkdə fəaliyyət göstərən Erməni Gənclər Mərkəzinin, Sergey Akopcanyan isə “Şarl Azanvur” xeyriyyə cəmiyyətinin rəhbəridir. Onlara qarşı casusluq və qanunsuz silahlı birləşmələr yaratmaq maddələri ilə ittiham irəli sürülüb. Ermənilərin həbsinə münasibət bildirən Gürcüstanın reinteqrasiya naziri Timur Yakobaşvili bildirib ki, ölkədə qeyri-hökumət təşkilatı pərdəsi altında gilənərək qonşu dövlətin sifarişi əsasında fəaliyyət göstərən və su bulandıran qüvvələr var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267