Ukrayna prezidenti parlamentə sonuncu xəbərdarlıq ünvanlayıb

ukrayna prezidenti parlamente sonuncu xeberdarliq unvanlayib
Kiyev – APA. Ukraynada “narıncı koalisiya”nın bərpası üçün baş nazir Yuliya Timoşenkoya istefaya getmək təklif olunub.
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, “Yuliya Timoşenko” blokundakı mənbə bildirib ki, prezident katibliyinin rəhbəri Viktor Baloqa bloka Y. Timoşenkonun yerinə baş nazir vəzifəsinə başqa bir namizəd irəli sürməyi təklif edib. Ancaq təklif qəbul olunmayıb.

Ali Radada isə prezident Viktor Yuşşenkonun deputatlara ünvanlanmış müraciəti yayılıb. V. Yuşşenko bəyan edib ki, siyasi qüvvələr milli-dövlət maraqlarını şəxsi ambisiyalardan üstün tutaraq razılığa gəlməsələr, parlament buraxılacaq: “Mən parlament çoxluğu formalaşdırılması üçün daha bir şans verirəm. Konstitusiyanın tələblərinə uyğun istənilən koalisiyanı qəbul etməyə hazıram. Zaman keçir və çox az vaxt qalıb. Daha bir növbədənkənar seçkinin ölkədə stres yaradacağı fikri ilə razıyam. Amma unutmayın ki, növbədənkənar seçkilər radikal olsa da, böhranlı vəziyyətlərin həlli üçün konstitusion və tam demokratik bir yoldur”. V. Yuşşenko bildirib ki, sentyabrın 2-dən etibarən “Yuliya Timoşenko” bloku və Regionlar Partiyası arasında faktiki ittifaq yaransa da, hər iki siyasi qüvvənin liderlərinin şəxsi ambisiyaları üzündən koalisiya qurmaq mümkün olmayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267