Ukraynada münaqişə zonalarına muzdlu döyüşçülər göndərməklə məşğul olan cinayətkar qruplaşma zərərsizləşdirilib

Kiyev-APA. Ukraynada ölkə vətəndaşlarını xarici dövlətlərdə hərbi münaqişələrdə iştirak məqsədilə muzdla ələ alınması ilə məşğul olan beynəlxalq cinayətkar qruplaşma zərərsizləşdirilib. APA-nın məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyi Odessada fəaliyyət göstərən cinayətkar qruplaşmaya ABŞ vətəndaşının rəhbərlik etdiyini bildirib. Adı açıqlanmayan şəxs Ukraynada CAR şirkətlərindən birinin təmsilçisi qismində fəaliyyət göstərirmiş. Araşdırma zamanı amerikalının keçmiş hərbçiləri və güc strukturları əməkdaşlarını muzdlu qismində cəlb edərək İraq və Əfqanıstana göndərdiyi məlum olub. Cinayətkar qruplaşmaya İran və Britaniya vətəndaşları və bir ukraynalı qadın daxildir. Qruplaşmanın zərərsizləşdirilməsi ilə bağlı əməliyyat “Borispol” aeroportunda keçirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları Birləşmiş Ərəb Əmirliklərinə gedən 12 Ukrayna vətəndaşını saxlayıblar. Ehtimallara görə, ukraynalılar BƏƏ-dən Əfqanıstana keçməyi planlaşdırıb. İstintaq zamanı qruplaşmanın 2008-ci ildə Əfqanıstana 8 Ukrayna muzdlusunu göndərdiyini məlum olub. DİN rəhbərliyi hesab edir ki, Əfqanıstana göndərilən şəxslər mülki işdə çalışmaq adı ilə cəlb olunur, daha sonra onlar muzdlu qismində döyüşlərdə iştiraka cəlb edilirlər. Faktla bağlı insan alveri maddəsi ilə cinayət işi başlanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
  • goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib
    Göyçayda selin dağıtdığı avtomobil körpüsü bərpa edilərək is...
goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267