Azərbaycan çempionu Rusiyanın “Amkar” klubu ilə görüşdən imtina etdi

Bakı – APA. Antalyada hazırlığını davam etdirən Bakının “İnter” klubunun hazırlıq planında dəyişiklik edilib. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Valentin Xodukinin sözlərinə görə, fevralın 6-da nəzərdə tutulan yoxlama oyunu baş tutmayacaq. Azərbaycan çempionu həmin tarixdə sınaq matçı keçirmək təklif edən komandalara müsbət cavab verməyib: “Rumıniyanın yüksək liqasında çıxış edən “Qloriya” fevralın 6-da bizimlə oynamaq istəyirdi. Bundan sonra Rusiyanın Premyer Liqa təmsilçisi də “Amkar” da bizə eyni təkliflə müraciət etdi. Ancaq bu komandaya da “yox” dedik. Həmin tarixdə, ümumiyyətlə, yoxlama görüşü keçirmək istəmədik. Son vaxtlar sıx qrafikdə çalışmış, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirini də nəzərə alsaq, çoxlu oyun keçirmişik. Bizə bir qədər istirahət lazımdır. Fevralın 2-də Rusiyanın birinci divizion təmsilçisi “Sibir” klubu yoxlama oyunundan sonra bir həftə yalnız hazırlığa diqqət yetirəcəyik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267