Azərbaycan prezidenti futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edib

azerbaycan prezidenti futbol uzre dunya cempionatinin acilis merasiminde istirak edib

Azərbaycan prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edib. APA-nın Moskva müxbiri mərasimin keçirildiyi "Lujniki" stadionundan verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

 

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasimində Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.

 

Açılış şousunda isə britaniyalı müğənni Robbi Uilyams, rusiyalı dünyaca məşhur opera müğənnisi Aida Qarifullina və məşhur braziliyalı futbolçu Ronaldo Luis Naza Rio de Lima tamaşaçılar qarşısında çıxış ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267