Azərbaycan yığmasının kapitanı yanvarda yenidən “Valyadolid”ə baxışa gedəcək

Bakı – APA. “Rəşadın ikinci komandada məşq etməsi müvəqqəti haldır. Biz onun əsas heyətə keçidi üçün çalışırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında İspaniyanın “Valyadolid” klubuna baxışa yollanan Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun agenti Kamil Məmmədov deyib.

Artıq beş gündür Pireney yarımadasında olan həmyerlilərimiz ispanların diqqət mərkəzindədir. Məmmədovun sözlərinə görə, hava şəraiti onların planını pozub: “Son turda keçirdiyi oyundan sonra “Valyadolid” futbolçuları istirahətə buraxıb. Bu səbəbdən B komandasında hazırlıq keçməli olduq. Əsas komanda məşqlərə başlayan zamanı ikitərəfli oyun keçirmək nəzərdə tutulmuşdu. Qarışıq heyətlərin görüşündə Sadıqov da yer almalı idi. “Valyadolid”in baş məşqçisi bu sınaq matçında futbolçumuzu izləmək istəyirdi. Ancaq qar yağdı deyə, bu baş tutmadı”.

Məmmədov bildirib ki, qar yağdığından futbolçumuzun yer aldığı komanda sintetik örtüklü meydançada məşq edir. Hava şəraitinin tədricən yaxşılaşdığını deyən FİFA agentinin bildirdiyinə görə, “Valyadolid”in çalışdırıcısı Xose Luis Mendillibar artıq Rəşadı iş başında görüb: “Onlar ikinci komandanı da diqqətdə saxlayırlar. Yaxın günlərdə klub rəsmiləri ilə Sadıqovla bağlı söhbətimiz olacaq. Burada futbolçunu dərhal komandaya götürmürlər. Yayda Hollandiyanın “Alkmaar” klubundan “Valyadolid”ə gələn futbolçu 22 gün baxışda olub və ondan sonra haqqında qərar veriblər. Rəşada burada gözlədiyimizdən artıq maraq var. İspanlar verdiyimiz informasiya ilə kifayətlənməyib, əlavə məlumat toplayıblar. “Valyadolid” həftəsonu Primeroda “Numansiya” ilə oyuna hazırlaşır. Bundan sonra Primeroda uzun müddətli fasilə yaranacaq və çempionat yanvarda davam veriləcək. Həmin müddətdə geri qayıdıb, sonradan bir daha İspaniyaya yollanmağı məqsədəuyğun sayırıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267