“Bakı” Mərakeş yığmasının futbolçusu ilə müqavilə bağlayacaq

Bakı – APA. “Bakı” daha bir legionerin transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı komandası baxışa çağırdığı Mərakeş yığmasının futbolçusu Hasan Suari ilə müqavilə bağlayacaq.

Klubun vitse-prezidenti Zeynal Məmmədov artıq Suari ilə müqavilənin şərtlərinin müzakirə olunduğunu bildirib. Belə ki, baş məşqçi Qyoko Hacıyevski bəyəndiyi futbolçunu qarşıdakı rəsmi oyunlarda da sərəncamında görmək istəyir. Afrikalı ilə anlaşmanı yaxın günlərdə rəsmiləşdirəcəklərini açıqlayan Məmmədov baxışda olan digər hücumçu braziliyalı Vilyam Roşa Batista ilə bağlı da fikir bildirib: “Batista məşqlərdə pis təsir bağışlamır və artıq komandamızın heyətində bir yoxlama oyununda forma geyinib. Düzü, belə qısa müddətdə onunla bağlı qəti fikir söyləmək çətindir. Qarşıda daha iki yoxlama görüşümüz qalıb ki, bu qarşılaşmalarda braziliyalını bir daha sınayacağıq. Yalnız bundan sonra hər hansı fikir formalaşa bilər”.

Qeyd edək ki, Suari və Batista “Bakı”nın düşərgəsinə komandanın təlim-məşq toplanışı keçirdiyi Türkiyənin Antalya şəhərində qatılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu il azerbaycana avtomobil idxali 3 defe artib
    Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb
  • elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib
    Əlil şəxslərə verilən protez-ortopedik məmulat və reabilitas...
elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib elil sexslere verilen protez ortopedik memulat ve reabilitasiya vasitesinin sayi aciqlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267