Berti Foqts “Brilyant top”un David Vilyaya verilməsini istəyir - EKSKLÜZİV

Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqts FİFA tərəfindən keçirilən dünyanın ən yaxşı futbolçusu müsabiqəsində seçimini edib. Almaniyalı çalışdırıcı “APA-Sport”a eksklüziv açıqlamasında “Brilyant top”a layiq bildiyi futbolçunun adını söyləyib.

Foqts İspaniya yığmasının və “Valensiya”nın hücumçusu, yayda pireneylilərin Avropa çempionu titulunu qazanmasında böyük rol oynayan və yarışın bombardiri olan David Vilyanı planetin ən yaxşı futbolçusu hesab edib. O, ikinci yerə Argentina milli komandasının və “Barselona”nın üzvü, Pekin Olimpiadasının qalibi Lionel Messini layiq görüb. Foqtsun seçiminə görə, 3-cü pillədə Almaniya yığmasının və “Çelsi”nin şərəfini qoruyan Mixael Ballak qərarlaşıb.

Azərbaycandan səsvermə hüququna malik digər şəxs – milli komandamızın kapitanı Rəşad Sadıqovun da seçimi məlumdur. 26 yaşlı futbolçu ardıcıllıqla Fernando Torres (İspaniya yığması, “Liverpul”), Kriştianu Ronaldo (Portuqaliya yığması, “Mançester Yunayted”) və Lionel Messini (Argentina yığması, “Barselona”) seçib.

AFFA həm Foqts, həm də Sadıqovun rəyini faks vasitəsilə bu gün FİFA-ya göndərəcək.

Qeyd edək ki, FİFA-nın müəyyənləşdirdiyi və “Brilyant top”la mükafatlandırdığı sorğuda hər futbolçuya birinci yer üçün 5, ikinci yerə 3, üçüncü yerə isə 1 xal verilir. Sorğunun nəticələri dekabrda açıqlanacaq. Mükafat isə öz sahibinə 2009-cu il yanvarın 12-də FİFA-nın Sürix şəhərində yerləşən mənzil-qərargahında təqdim olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
  • mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib
    Müdafiə naziri: “Ermənistanla Azərbaycan arasında hərbi bala...
mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267