Berti Foqts yığmaya 21 futbolçu çağırıb

Bakı. Mehman Süleymanov - APA-Sport. Oktyabrın 11-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Helsinkidə Finlandiya ilə qarşılaşacaq Azərbaycan futbol yığmasının heyəti açıqlanıb. “APA-Sport”un məlumatına görə, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts növbəti rəsmi matça 21 futbolçu çağırıb.

Fabio Luis Ramimlə (“Bakı”) Vladimir Levin (“İnter”) zədə, Elmar Baxşıyev (“Neftçi”) cəza ucbatından heyətdən kənarda qalıb. Foqts MOİK-in sol cinah müdafiəçisi Nodar Məmmədova ehtiyac görməyib. Əvəzində, həmin mövqedə çıxış edən Emin Cəfərquliyevə dəvət göndərilib. Onunla birgə “Neftçi”də, eləcə də aşağı yaş qruplarından ibarət yığmalarda çıxış edən 17 yaşlı Araz Abdullayev da əsas milli komandanın heyətində ilk dəfə oynamaq şansı qazanıb. Baş məşqçi hər iki yeniyetməni sentyabrın 29-dan oktyabrın 2-dək keçirilən təlim-məşq toplanışına da çağırmışdı.

Son hazırlıq prosesinin iştirakçısı, “Neftçi”nin müdafiəçisi Elnur Allahverdiyevin adına bu dəfə siyahıda rast gəlmək mümkün deyil. “Qəbələ”nin iranlı hücumçusu Fərzad Hatəmi isə yığmamızda oynamaqdan qəti imtina edib.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Kamran Ağayev (“Xəzər-Lənkəran”)

Müdafiəçilər: Rəşad Sadıqov, Rail Məlikov, Emin Cəfərquliyev (hamısı “Neftçi”), Mahir Şükürov, Usim Nduka, Aqil Nəbiyev (hamısı “Olimpik”), Saşa Yunisoğlu (“Poloniya”, Polşa)

Yarımmüdafiəçilər: Samir Abbasov, Mahmud Qurbanov, Cavid Hüseynov, Elvin Məmmədov (hamısı “İnter”), Aleksandr Çertoqanov, Araz Abdullayev (hər ikisi “Neftçi”), Zeynal Zeynalov (NBC), Anatoli Ponomaryov (“Degerfors, İsveç)

Hücumçular: Vaqif Cavadov (“Qarabağ”), Leandro Qomeş (“Olimpik”), Branimir Subaşiç (“Srvena Zvezda”, Serbiya)

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273