Fatih Terim 33 yaşlı futbolçuya dəvət göndərib

Bakı. Mehman Süleymanov - APA-Sport. “Bursaspor” klubunun kapitanı Yusuf Şimşək Türkiyə futbol yığmasına çağırılıb. “APA-Sport”un məlumatına görə, vaxtilə “Fənərbaxça”da oynamış 33 yaşlı yarımmüdafiəçi milli komandaya qayıtdığı üçün xoşbəxt olduğunu bildirib.
Türkiyə Superliqasının son turunda “Qalatasaray” üzərində 2:1 hesabı qələbədən sonra yığmaya dəvət alan Yusuf artıq baş məşqçi Fatih Terimlə söhbətləşib: “Terimlə telefonla danışdım. O mənə dedi ki, oğlum, sənə ehtiyac var. “Ay-ulduzlu” formada yaxşı çıxış etmək üçün əlimdən gələni edəcəyəm”. Bu gündən etibarən yığmanın hazırlığına qatılacaq Şimşək komanda yoldaşlarına minnətdarlığını çatdırıb: “Milli komandaya dəvət almağımda klubumda yaxşı hazırlaşmağa şərait yaradan hər kəsin payı var. Həqiqətən də “Bursaspor”da əla atmosfer mövcuddur. Bütün komanda yoldaşlarıma minnətdaram”.
Ötən il Türkiyə yığmasının heyətində 2 oyun keçirmiş Yusufdan fərqli, “Kayserispor”un futbolçusu Turqay Bahadır ilk dəfə belə şərəfə nail olub. O, son turda səfərdə “Fənərbaxça”nı böyük hesabla məğlub etdikləri oyunda (4:1) qollardan birinə imza atıb. 26 yaşlı futbolçu həmin matçda yığma məşqçilərinin diqqətini cəlb edib. Terim görüşü izləyən köməkçiləri Oğuz Çətin və Mətin Təkinin vasitəçiliyi ilə Turqayı 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Bosniya və Herseqovinaya qarşı evdə, bundan 4 gün sonra isə Estoniya ilə səfərdə keçiriləcək görüşlərə çağırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267