İqor Ponomaryov: “Svetkov İstanbula ailəsinin yanına getmişdi”

Bakı – APA. “Türkiyənin Antalya şəhərində keçirdiyimiz hazırlıq prosesindən razı qaldım. Futbolçular təlim-məşq toplanışı müddətində böyük həvəslə çalışdılar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

Azərbaycan Premyer Liqasının dövrlərarası fasiləsində komandanın sükanı arxasına keçən 49 yaşlı mütəxəssis futbolçuların iş prosesinə peşəkar münasibətini belə qiymətləndirib: “Antalyadakı hazırlıq prosesi bizim üçün səmərəli oldu. Üç həftəlik toplanışda komanda ilə daha yaxşı tanış olmaq imkanı qazandım. Futbolçuları iş başından gördüm. Yoxlama oyunlarda nəticə önəmli olsa da, hər halda, görüşlərin əksərində qələbə qazanmağımız yaxşı haldır. Əvvəlki heyəti qoruyub saxlayacağıq. Dövrlərarası fasilə müddətində hazırlıq başa çatmayıb. Bu mərhələdə komandanı ikinci dövrə üçün 80 faiz heyət hazır sayıram”.

Hər mövqedə yeni oyunçuya ehtiyacı olan Ponomaryov qısa istirahətdən sonra başlayacaq ikinci hazırlıq prosesinə də böyük ümidlərlə baxır. Azərbaycan Premyer Liqasının ilk dövrəsinin bombardiri olan İvan Svetkovun məsələsinə aydınlıq gətirən baş məşqçi narahatçılığı əsas görmür: “Svetkovun problemi yoxdur. Bolqar hücumçu sonuncu yoxlama oyunumuzda ehtiyatda qaldığı üçün meydana çıxmadı. İvanın əvəzinə başqa futbolçuları yoxlayırdım. Toplanış müddəti başa çatandan sonra hərə bir yerə dağılışdı. Svetkov ailəsinin yanına getmişdi və o, İstanbulda yaxınlarının əhatəsində olub. İndi komanda istirahətdədir və fevralın 1-də yığışıb, məşqlərimizi Lənkəranda davam etdirəcəyik. İvan də həmin vaxt düşərgədə olacaq”.

“Xəzər-Lənkəran”ın çalışdırıcısı məhsuldarlığı ilə seçilən hücumçunu itirmək istəmir: “Əlbəttə, Svetkovun gedişi böyük itki olardı. Hər halda, bu hücumçu ilk dövrədə komandaya böyük fayda verib və vurduğu 10 qolla bombardirlər yarışına liderlik edib. İvan toplanış müddətində yaxşı çalışdı, yoxlama oyununda da qol vurdu. Digər futbolçular kimi, onunla da tanış olub, işgüzar münasibətlərimiz formalaşdı. Svetkov komandamızı tərk etmir və ikinci dövrədə də ona ümid edirik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267