“Xəzər-Lənkəran” rəhbərliyi Rövnəq Abdullayevə şikayət edəcək

“Xəzər-Lənkəran” klubunun rəhbərliyi AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlayacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının ilk dövrəsinin son turunda Zaqatalada yerli “Simurq”la görüşdə (2:2) sabiq FİFA hakimi Zöhrab Qədiyevin idarəçiliyindən ciddi narazı qalan Lənkəran komandasının rəsmiləri məsələyə son qoymaq fikrindədirlər.

Klubun vitse-prezident Araz Nəsirov bildirib ki, assosiasiya başçısına şikayət etməklə yanaşı, mətbuat konfransının da keçirilməsi planlaşdırılıb. Nəsirov cari mövsümdən çempionat və ölkə kubokunun keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasını qeyri-obyektivlikdə ittiham edib: “Bu qurum haqlı olduğumuzu qəbul etməlidir. Peşəkar Futbol Liqası futbolumuzun imicinə ciddi zərbə vura biləcək qərar çıxarıb. Düzü, bu dərəcədə ədalətsiz qərarla üzləşəcəyimizi heç gözləmirdik. İndi ədaləti bərpa etmək üçün AFFA prezidenti Rövnəq Abdullayevə bel bağlayırıq. İnanırıq ki, Abdullayev hüququmuzun pozulmasına imkan verməyəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267