Azərbaycanın hərbi məhsulları Fransada keçirilən sərgidə nümayiş etdirilir

azerbaycanin herbi mehsullari fransada kecirilen sergide numayis etdirilir

İyunun 11-də Fransanın paytaxtı Paris şəhərində "EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.

 

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

 

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 270 adda məmulat nümayiş etdirir. "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

 

Sərginin ilk günü nazir Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Fransanın qabaqcıl şirkətlərindən olan “THALES” və “NEXTER”in nümayəndə heyətləri ilə görüşləri olub. Görüşlərdə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb. Eyni zamanda, Yavər Camalov Almaniyanın ”RHEINMETALL” şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi ilə ”RHEINMETALL” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

 

Görüşlərdə nazir Yavər Camalov Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı geniş müzakirələr də aparıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:14 25 İyun
03:23 25 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki prosesi dini icmalar ve vezifeler movzusunda konfrans kecirilib
    “Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfran...
  • mudafie nazirliyi ile metbuat surasinin birge yazi musabiqesinin neticeleri aciqlanib
    Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə yazı müsabiqəs...
mudafie nazirliyi ile metbuat surasinin birge yazi musabiqesinin neticeleri aciqlanib mudafie nazirliyi ile metbuat surasinin birge yazi musabiqesinin neticeleri aciqlanib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269