® Kamandan oxatma üzrə ölkə çempionatı keçirilib

Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Bakıda oxatma üzrə ölkə çempionatı keçirilib. Hövsan Olimpiya Kompleksində təşkil olunan birincilikdə 3 yaş kateqoriyası üzrə qızlar və oğlan idmançılar yarışıb. Açıq havada keçirilən və iki gün davam edən çempionat gərgin və maraqlı mübarizə ilə müşayiət olunub.

 

Böyüklər arasında kişilərdə Cahan Musayev, qadınlarda Yaylagül Ramazanova ölkə çempionu adını qazanıblar. Yeniyetmə yaş kateqoriyasında oğlanların birincisi Sahib Abilov, qızlarda isə Nəzrin Zamanova olub. Uşaqlar arasında Əli Süleymanov və Aytən Hüseynzadə qalib olublar. Çempionlara, həmçinin 2-ci və 3-cü yeri tutmuş oxatanlara diplomlar və “AS Qrup İnvestment” şirkətlər qrupu tərəfindən pul mükafatları təqdim olunub.

 

Kamandan Oxatma idmanı Olimpiya İdman növləri sırasına daxildir. “AS Qrup İnvestment” ARKOF-un rəsmi sponsorudur. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267