Azərbaycan boks yığması Avropa çempionatından medalsız qayıdır

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan boksçularının İngiltərənin Liverpul şəhərində keçirilən Avropa çempionatında çıxışları biabırçı sonluqla başa çatıb. “APA-Sport”un məlumatına görə, Nəriman Abdullayevin rəhbərliyi altında rinqə çıxan beş təmsilçimizdən heç biri yarımfinala yüksələ bilməyib.

Belə bir şansa yalnız Famil Süleymanov sahib idi. Amma 60 kq çəki dərəcəsində döyüşən gənc boksçumuz 1/4 finalda irlandiyalı Ross Hikki ilə bacara bilməyib - 1:6. Məhz Süleymanovun məğlubiyyətindən sonra milli komandamızın Avropa çempionatını medalsız tərk edəcəyi rəsmiləşib.

Qeyd edək ki, bundan öncə Samir Məmmədov (54 kq), Fərhad Acalov (64 kq), Emil Məhərrəmov (69 kq) və Elçin Əlizadə (91 kq) mübarizəni erkən dayandırmışdılar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
  • mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib
    Müdafiə naziri: “Ermənistanla Azərbaycan arasında hərbi bala...
mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267