Həbsdən çıxan Vüqar Ələkbərov Azərbaycan çempionatına qatılır

Bakı – APA. Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı, boksçu Vüqar Ələkbərov yenidən Azərbaycan çempionatında iştirak etmək qərarına gəlib. Bu haqda apasport.az saytına Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev məlumat verib.

Onun sözlərinə görə, Sidney Olimpiadasında 81 kq-da mükafat qazanmış Ələkbərov fevralın 1-də start götürəcək çempionatda super ağır çəki dərəcəsində mübarizə aparacaq: “Vüqar ölkə birinciliyinə qatılmaqla, ötən il baş verən məlum hadisələrdən sonra günahını yumaq istəyir. Bildiyimə görə, o, ciddi məşqlər edir. Ələkbərovun 120 kq çəkisi var idi. İndi çəkisini 10 kq azaldıb. Fikrimcə, Vüqar çəkisini bir az da sala bilər”.

Bakı İdman Sarayında təşkil olunacaq milli çempionat fevralın 5-də yekunlaşacaq. Abıyev vurğulayıb ki, qarşıdakı yarış zamanı yığma üzvlərinin heç birinə güzəşt edilməyəcək: “1-2 boksçu var idi ki, istirahət istəyirdi. Amma heç kimi çempionatdan azad etmək niyyətimizi yoxdur. Konkret ad çəkməyəcəyəm, biri var idi, deyirdi ki, əlim ağrıyır. Mən də cavabında bildirdim ki, əlini ağrıyırsa, boksu at. Yığmaya yararlı idmançı lazımdır. Belələri bu gün çempionatdan azad edilir, sabah isə beynəlxalq turnirdə uduzanda əlinin zədəli olduğunu bəhanə gətirir”.

Qeyd edək ki, Vüqar Ələkbərov axırıncı dəfə 2006-cı ildə Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirində döyüşüb. Son 3 ildə rinqə çıxmayan 28 yaşlı boksçu ötən il qalmaqalla yadda qalmışdı. 2008-ci il mayın 16-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ələkbərov Kənan Quliyev adlı iş adamından 10 min ABŞ dolları tələb etməkdə, ona hədə-qorxu gəlməkdə ittiham olunurdu. Həmin vaxt idmançı cinayət məsuliyyətinə cəlb edilib. Nəticədə olimpiya mükafatçısı 3 ay 23 gün həbsdə yatıb və sentyabrın 10-da məhkəmə zalından azadlığa buraxılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267