Samir Məmmədov və Elçin Əlizadə Azərbaycan çempionu oldu

Bakı – APA. Mərkəzi Ordu İdman Klubunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin boks çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, yarışda 15 komandanın 130 idmançısı mübarizə aparıb.

Yekunda qızıl medalları əsasən milli komandamızın üzvləri, o cümlədən Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədov (57 kq, Ali Hərbi Məktəb) və Elçin Əlizadə (+91 kq, Piyadaçılar) qazanıb. Bundan başqa, fəxri kürsünün ən yüksək pilləsinə Xəqani Ələkbərov (48 kq, Bərdə), Nicat Mirzəyev (51 kq, Piyadaçılar), Emil Həsənov (54 kq, Ali Hərbi Məktəb), Elşən İsmayılov (60 kq, Beyləqan), Famil Süleymanov (64 kq, Beyləqan), Ramal Amanov (69 kq, Piyadaçılar), Aslan Bayramov (75 kq, Beyləqan), Elnur Qədirov (81 kq, Hərbi Hava Qüvvələri) və Vahid Hüseynli (91 kq, Hərbi Dəniz Qüvvələri) qalxıblar.

Qeyd edək ki, növbəti boks yarışı fevralın 1-də Bakı İdman Sarayında start götürəcək. Burada 150-dən çox idmançı 5 gün ərzində Azərbaycan çempionu titulu uğrunda döyüşəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267