Moskvada Futbol üzrə Dünya Çempionatının rəsmi açılışı olub - YENİLƏNİB

Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi başa çatıb.

 

APA-nın Moskva müxbiri mərasimin keçirildiyi "Lujniki" stadionundan xəbər verir ki, mərasimdə Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.

 

V. Putin bütün dünyanın böyük futbol ailəsini planetin əsas turnirinin başlanması münasibəti ilə təbrik edi: "Bu böyük idman hadisəsi Rusiyada ilk dəfədir keçirilir və biz buna çox şadıq. Futbol bizdə nəinki kütləvi oyundur, bu oyunu həqiqətən Rusiyada sevirlər. Belə bir turniri keçirmək bizim üzərimizə böyük məsuliyyət qoyub. Azarkeşlərin, idmançıların özlərini burada yaxşı hiss etməsi üçün əlimizdən gələni etmişik. Heç bir şişirtmə olmadan deyə bilərək ki, futbol azarkeşlərinin sayı dünyada milyarda yaxındır. Harada yaşamadan asılı olmayaraq hamımızı futbola sevgi birləşdirir. Futbol xalqlar arasında dostluğu möhkəmləndirir və bir-birini anlamasına təkan verir. Hamınızı bu möhtəşəm futbol bayramı münasibətilə çıxış edirəm".

 

C. İnfantino isə nitqinə rus dilində başlayıb.

 

O, yüksək təşkilatçılığa görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

 

FİFA prezidenti 1 ay ərzində Rusiyada futbol bayramının keçiriləcəyini deyib.

 

Rəsmi açılışın ardınca DÇ-2018-in ilk oyununa start veriləcək.

 

İlk oyunda Rusiya və Səudiyyə Ərəbistanının milli komandaları qarşılaşır.

 

 

***

 

18.40

 

Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi başlayıb.

 

APA-nın Moskva müxbiri mərasimin keçirildiyi "Lujniki" stadionundan xəbər verir ki,  açılışda Rusiya prezidenti Vladimir Putin, FİFA prezidenti Canni İnfantino, Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko və digər şəxslər iştirak edirlər.

 

Açılış şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo tamaşaçılar qarşısına çıxıb.

 

Mərasim davam edir.

 

Açılışın ardınca DÇ-2018-in ilk oyunu keçiriləcək.

 

İlk oyunda Rusiya və Səudiyyə Ərəbistanının milli komandaları qarşılaşacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272