Azərbaycanın iki şahmatçısı Elistada keçirilən beynəlxalq turnirdə liderdir

Bakı – APA. Azərbaycan şahmat yığmasının üzvləri Rusiyanın Elista şəhərində keçirilən Qran-Pridə uğurlu çıxışlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, artıq ən yuxarı pillələrdə iki həmvətənimiz – Teymur Rəcəbovla Vüqar Həşimov qərarlaşıb. Onların hər ikisinin 3,5 xalı var.

Məsələ burasındadır ki, V turda Vüqar ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka 64-cü gedişdə qalib gəlib. Teymur isə Peter Leko (Macarıstan) ilə görüşdə yarım xal qazanıb. Beləliklə, şahmatçılarımızın xalları bərabərləşib və onlar hazırda 1-2-ci yerləri bölüşdürürlər.

Digər idmançımız Şəhriyar Məmmədyarov isə özbəkistanlı Rüstəm Qasımcanovla “sülh” bağlayıb. Bütün oyunlarını heç-heçə başa vuran beynəlxalq qrossmeysterimiz 2,5 xalla 4-10-cu yerləri bölüşdürür.

Bu gün turnir iştirakçıları istirhət edəcəklər. Şənbə günü Qran-Pridə VI turun partiyaları oynanılacaq. 14 turdan ibarət yarışa dekabrın 28-də yekun vurulacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272