Azərbaycan Həndbol Federasiyası ilin ən yaxşılarını seçdi

Bakı – APA. Azərbaycan Həndbol Federasiyası 2008-ci ilin ən yaxşılarının adlarını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ən yaxşı qadın məşqçisi milli komandanın çalışdırıcısı, Monreal olimpiadasının qalibi Rəfiqə Şabanova seçilib.

Kişilərdən ibarət yığmaya və DİN klubuna rəhbərlik edən Hikmət Abdullayev ən yaxşı kişi məşqçi olub. Bu kollektivin üzvü Sabir Nəzərəliyev ən yaxşı kişi, Səbinə Babayeva (“Qaradağ”) ən yaxşı qadın həndbolçu seçilib.

Dünya çempionatının seçmə qrup mərhələsində ikinci yeri tutan qadınlardan ibarət yığma ilə DİN klubu isə 2008-ci ilin ən yaxşı komandaları hesab olunub. İlin ən yaxşı hakimi adına isə İsgəndər Əsgərov layiq görülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
agdam musiqi kollecinin direktoru yol qezasina dusub agdam musiqi kollecinin direktoru yol qezasina dusub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267