“Azərreyl” avrokuboklarda mübarizəni dayandırdı

Bakı – APA. Qadın voleybolçulardan ibarət Bakının “Azərreyl” klubu qitə miqyaslı yarışlarda çıxışını dayandırıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv “Çağırış kuboku” turnirində Macarıstanın “Betonat-NRK” komandasına uduzub.

“Azərreyl” ilk matçda 3:2 hesablı qələbə qazanmasına baxmayaraq, səfərdə məğlubiyyətlə üzləşib. “Betonat-NRK” Bakı təmsilçisi ilə görüşdə əlverişli nəticəyə nail olub - 3:1. Macarıstanlılar setlərin daha fərqinə görə, mərhələ adlayıblar.

Qeyd edək ki, “Azərreyl” cari mövsüm öncə CEV kuboku uğrunda yarışda mübarizə aparırdı. Lakin voleybolçularımız bu turnirin 1/16 finalında Hollandiyanın “Lonqa 59” komandasına uduzduqlarından, nisbətən aşağı səviyyəli yarış sayılan “Çağırış kuboku”na qatılmışdılar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272