Azərbaycanda tərəvəz və bostan məhsulları, pambıq, tütün və yaşıl çay istehsalı azalıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının 1-nə Azərbaycanda qarğıdalı da daxil olmaqla 894,6 min hektar taxıl sahəsindən hər hektardan orta hesabla 27,9 sentner olmaqla bütövlükdə 2 497,9 min ton dənli və dənli paxlalı məhsulu toplanılıb. Ötən ilin analoji göstəricisi ilə müqayisədə yığım 24,6% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, toplanılan məhsulun 1 678,4 min tonunu və ya 67,2%-ni payızlıq və yazlıq buğda, 162 min tonunu və ya 6,5%-ni isə qarğıdalı dəni təşkil edib.
Taxıl istehsalı sahəsində Şəkidə 220,4 min ton, Cəlilabadda 152,8 min ton, Sabirabadda 93,4 min ton, Ağsuda 89,8 min ton, Füzulidə 85,7 min ton, Saatlıda 85,6 min ton, Biləsuvarda 72,8 min ton, Bərdədə 71,3 min ton, Şəmkirdə isə 68,7 min ton taxıl istehsal olunub.
Mövsüm ərzində sahələrdən həmçinin 1 076,9 min ton kartof məhsulu toplanıb və keçən ilin müvafiq dövrünə nisbətən onun istehsalı 3,8% artıb, tərəvəz istehsalı 0,3% azalaraq 1,203 mln. ton, bostan məhsulları istehsalı isə 2% azalaraq 407,6 min ton olub. Cari ildə taxılla yanaşı hektarın orta məhsuldarlığı kartof üzrə 3 sentner, tərəvəz üzrə 2 sentner, bostan məhsulları üzrə 1 sentner artıb.
Bu il dekabrın 1-nə 52,7 min ton və yaxud keçən ildəkindən 45 min ton az xam pambıq toplanıb. İlkin məlumatlara görə, bu il hər hektardan orta hesabla 10,9 sentner məhsul götürülüb ki, bu da əvvəlki ilin müvafiq dövründən 2 sentner azdır.
Tütünün əkin sahəsinin 17,7% azalması tütün yarpağı istehsalının 14,7% azalmasına səbəb olub və qurudulmuş çəkidə 2,5 min ton tütün yarpağı yığılıb.
Cari ildə 6,4 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib və hesabat tarixinə 6,1 min hektar sahənin çuğunduru çıxarılıb və həmin sahələrin hər hektarından 271 sentner olmaqla 166,4 min ton məhsul götürülüb.
Cari il 698,1 min ton və yaxud keçən ildəkindən 4,6% çox meyvə və giləmeyvə, 108,9 min ton və yaxud 6,7% çox üzüm məhsulu toplanıb. Yaşıl çay yarpağı yığımı isə 32,9% azalaraq 307,4 tona enib.
Bu ilin ötən 11 ayında Azərbaycanın meşəçilik təsərrüfatlarında istehsal edilmiş mal və xidmətlərin faktiki qiymətlərlə dəyəri 1 151 min manat olub.
Hesabat dövründə ölkədə balıqçılıqla məşğul olan müəssisələr tərəfindən 118 min manatlıq balıq ovlanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267