DGK sədri FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri ilə görüşüb

dgk sedri fao nun azerbaycandaki terefdasliq ve elaqelendirme ofisinin rehberi ile gorusub

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.

 

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə FAO-nun Azərbaycandakı fəaliyyəti, o cümlədən DGK və FAO arasında əməkdaşlıq, qabaqcıl beynəlxalq təcrübənin ölkədə tətbiqi və digər məsələlər müzakirə olunub.

 

Azərbaycanın gömrük xidməti ilə FAO arasında əməkdaşlıq münasibətlərindən məmnunluqla söhbət açan S. Mehdiyev, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

 

Komitə sədri son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verdiyini, bu sahədə əldə olunan nailiyyətlərin nəticəsi olaraq ixrac potensialının da artdığını diqqətə çatdırıb. S. Mehdiyev Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə də müsbət təsir göstərdiyini bildirib.

 

Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin qorunmasında həyata keçirilən layihələrin rolunu xüsusi qeyd edən S. Mehdiyev, DGK-nın gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar nəzarətini də həyata keçirdiyini söyləyib.

 

Komitə sədrifitosanitar nəzarətini həyata keçirən müfəttişlərin peşə biliklərinin artırılması məqsədilə təşkil olunan bir çox seminarlara, eləcə də FAO-nun "Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi" layihəsi çərçivəsində alınmış müfəttiş dəstlərinin Dövlət Gömrük Komitəsinə təqdim edilməsinə görə minnətdarlığını bildirib, gömrük xidməti ilə FAO arasında qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi işinə bundan sonra da töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak FAO və gömrük xidməti arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib.

 

Rəhbərlik etdiyi ofisin Azərbaycanda reallaşdırdığı layihə və proqramlar barədə məlumat verən M. Çakmak FAO-nun gələcək planlarından da danışıb. Ofisin rəhbəri Azərbaycan kənd təsərrüfatında məhsuldarlığın artımı ilə yanaşı, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267