Bu gün BBVB-nin valyuta bölməsində 12,041 mln. dollarlıq əqd bağlanıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8094 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8090 AZN/$1, USD/AZN T+0 aləti üzrə bağlanılan əqdlərin həcmi 2 427 300 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0001 bənd düşüb və 0,8091 AZN/$1 təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 7 318 400 AZN, manatın orta məzənnəsi isə 0,8095 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 12,041 mln. dollar və ya 9 745 700 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 006 833 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,69% təşkil edib. Gün ərzində banklar arasında həcmi 4 mln. manat, müddəti 90 gün, faiz dərəcəsi isə illik 17,00% olan 1 əqd qeydə alınıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267