Bu gün də BBVB-nin valyuta bölməsində əqd bağlanmayıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8022 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8022 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 14,83%, ABŞ dolları üzrə isə illik 15,83% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
  • goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib
    Göyçayda selin dağıtdığı avtomobil körpüsü bərpa edilərək is...
goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267