Dow Jones indeksi 0,56%, S&P 500 0,54%, Nasdaq isə 0,35% yüksəlib

Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,56% - 8515,55 bəndədək, S&P 500 0,54% - 872,80 bəndədək, Nasdaq isə 0,35% - 1530,24 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, dekabrın 26-da ABŞ-ın fond bazarında kiçik həcmlər müşahidə olunub. Amerika fond bazarında səhmlərin qiymətlərinə əsasən korporativ xəbərlər təsir edib. Eyni zamanda, ölkənin pərakəndə sektorunda azalma barədə neqativ xəbərlər Milad Bayramı ərəfəsində satışın gözlənilən azalmasına görə bazara güclü təsir etməyib.
Qeyd edək ki, bu il bayramqabağı satışın həcmi son bir neçə onilliklər ərzində ən aşağı səviyyədə olub və bu, böhran nəticəsində amerikalı istehlakçıların xərclərini azaltması ilə bağlı olduğuna görə əvvəlcədən proqnozlaşdırılırdı.
Qeyd edək ki, Avropa bazarlarında ticarət əməliyyatları aparılmayıb. Son ticarət günü - dekabrın 24-də Britaniya FTSE 100 indeksi 4216,59 bənd, Fransa CAC-40-ı 3128,41 bənd, Almaniya DAX 4629,38 bənd təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4152 (+0,76%) dollar təşkil edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272