Dow Jones indeksi 2,7%, S&P 500 3,3%, Nasdaq isə 3,2% enib

Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 29-da Amerika fond bazarında Dow Jones indeksi 2,7% - 8149,01 bəndədək, S&P 500 3,3% - 845,14 bəndədək, Nasdaq isə 3,2% - 1507,84 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, yanvarın 29-da ABŞ fond bazarında enmə tendensiyaları mənfi makroiqtisadi göstəricilər, o cümlədən ABŞ-da məşğulluq və daşınmaz əmlak bazarı üzrə göstəricilər və korporativ hesabatlar ilə diktə olunub.
Avropa bazarlarında yanvarın 29-da Britaniya FTSE 100 indeksi 2,45% - 4190,11 bəndədək, Fransa CAC-40-ı 2,15% - 3009,75 bəndədək, Almaniya DAX-ı isə 2,01% - 4428,11 bəndədək enib. Avropada bank səhmləri və aviaşirkətlərin səhmləri ucuzlaşıb. Əgər bank sektorunun qiymətli kağızları bazarda tez-tez dəyişkənlik nümayiş etdirirsə, aviaşirkətlərin səhmləri üzrə son zamanlar ilk dəfə olaraq ciddi dəyişiklik müşahidə olunub. Belə ki, «British Airways»in səhmləri 6,1%, «Air France-KLM»in səhmləri 1,1%, «Lufthansa»nın səhmləri isə 4,3% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2894 (-1,74%) dollar təşkil edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267