Dünya neft bazarında qiymətlər bir qədər artıb

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,36 dollar və ya 6,68% artaraq 1 barelə görə 37,71 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,76 dollar artaraq 38,37 dollar təşkil edib. Neftin bahalaşması bu həftə ilk dəfə müşahidə olunub ki, nəticədə neftin həftəlik ucuzlaşması 11% təşkil edib.
Dekabrın 26-da neft kontraktları üzrə yüksək tələbat müşahidə olunub ki, bunun da bir sıra səbəbi var. İlk növbədə Səudiyyə Ərəbistanından sonra BƏƏ də neft hasilatının azaldılmasına dair OPEC-in qərarına riayət edəcəyini vurğulayıb. BƏƏ artıq fevral ayında neft tədarükünü 15% azaltmağı planlaşdırır. Bundan başqa, müşahidəçilər qeyd edir ki, hazırkı qiymətlər çox aşağıdır, hətta onlar dərin laylardan neft hasilatı prosesini rentabelsiz edir. Bu da uzunmüddətli perspektivdə neft bazarında təklifin azalmasına səbəb ola bilər. Eyni zamanda, həmin proses dünyada neft hasilatı ilə məşğul olan transmilli korporasiyaların maraqlarına zidd olduğuna görə, bazarda qiymətlərin dəyişəcəyini proqnozlaşdırmaq mümkündür.
Digər tərəfdən dünya iqtisadi böhranı nəticəsində neftə tələbat azalır ki, bu da neftin cari qiymətlərini aşağı salır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267