OPEC-in «neft səbətinin» qiyməti 8 aylıq minimuma enib

Bakı. Vahab Rzayev – APA-Economics. Dünya bazarında OPEC-in «neft səbətinin» qiyməti 8 aylıq minimuma enib. «APA-Economics»in məlumatına görə, «səbətin» qiyməti oktyabrın 3-də 2,91 dollar ucuzlaşaraq 86,37 dollar/barel səviyyəsinə çatıb. Qeyd edək ki, sonuncu dəfə bu qiymət səviyyəsi cari ilin fevralın 8-də qeydə alınıb. OPEC-in «neft səbətinin» maksimal qiyməti (140,7 dollar) isə iyulun 3-də müşahidə olunub.
«Səbətin» qiyməti OPEC-ə üzv olan ölkələrin ixrac etdiyi neftin orta qiymətini əks etdirir. Hazırda «səbətə» 13 neft markası, o cümlədən, Saharan Blend (Əlcəzair), Girassol (Anqola), Oriente (Ekvador), Minas (İndoneziya), Iran Heavy (İran), Basra Light (İrak), Kuwait Eport (Küveyt), Es Sider (Liviya), Bonny Light (Nigeriya), Qatar Marine (Qətər), Arab Light (Səudiyyə Ərəbistanı), Murban (BƏƏ) və BCF 17 (Venesuela) daxildir.
Neftin qiymətinin aşağı düşməsi digər markalar üzrə də müşahidə olunur və bunun əsas səbəbi dünya bazarlarında dolların bahalaşması ilə bağlıdır. Qeyd edək ki, bu gün dolların avroya qarşı məzənnəsi 1,3543 dollar təşkil edərək 13 aylıq maksimuma çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267