Azərbaycan paytaxtında dövlət qurumları üçün şəhərcik salınacaq

azerbaycan paytaxtinda dovlet qurumlari ucun sehercik salinacaq
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin Heydər Əliyev prospektində yerləşən sənaye müəssisələri paytaxtın başqa hissələrinə köçürüləndən sonra həmin ərazidə dövlət və hökumət strukturları üçün şəhərciyin salınması planlaşdırılır. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Artıq bir neçə dövlət qurumuna – Nəqliyyat Nazirliyi, Sənaye və Energetika Nazirliyi və Dövlət Neft Şirkətinə inzibati binaların tikintisi üçün H.Əliyev prospektində yer ayrılıb.
Gələcəkdə müəssisələrin köçürülməsi prosesi tam başa çatandan sonra digər nazirlik və dövlət komitələrinin də adıçəkilən prospektə köçürülməsi həyata keçiriləcək.
Qeyd edək ki, H.Əliyev prospektindəki müəssisələrin köçürülməsinə 2007-ci ilin əvvəllərində başlanılıb. Bu günədək ərazidə yerləşən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin iki hərbi hissəsi şəhərdən kənara köçürülüb. Həmçinin, xeyli sayda müəssisənin köçürülməsi istiqamətində müvafiq işlər aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272