Azərbaycan paytaxtının baş prospektində aparılan yenidənqurma işləri gələn həftə başa çatacaq

azerbaycan paytaxtinin bas prospektinde aparilan yenidenqurma isleri gelen hefte basa catacaq
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri gələn həftə yekunlaşacaq. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyevin sözlərinə görə, artıq prospektdə asfalt işləri tamamlanıb və hazırda abadlıq işləri aparılır.
İşlər «Ramstor» dairəsindən metronun «Məşədi Əzizbəyov» stansiyasınadək 5 km məsafədə aparılıb. Yenidənqurma işləri nəticəsində əvvəllər yan yollarla birgə eni 32 metrə çatan prospekt 45 metrə, bəzi yerlərdə isə 55 metrədək enləndirilib, 1500 metr məsafədə isə istinad divarları çəkilib. Hazırda yol 10 hərəkət zolaqlıdır.
H.Əliyev prospekti və Ağa Nemətulla küçəsinin kəsişməsində inşa olunan avtomobil tunelində də işlər başa çatmaq üzrədir. Bu tunelin 2009-cu ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Avtomobil tunelinin tikintisinə cari ilin iyul ayında başlanılıb.
P.Mürsəliyevin sözlərinə görə, H.Əliyev prospektindəki mövcud iki yeraltı piyada keçidinin birində təmir işləri başa çatıb, digər keçiddə isə yekunlaşır.
H.Əliyev prospektinin yenidən qurulmasını Azərbaycanın «Taleh AT» şirkəti, buradakı yeraltı piyada keçidlərinin təmirini isə «Azərtikintibərpa» MMC həyata keçirir. Prospektdə yenidənqurma işlərinə cari ilin may ayında başlanılıb.
Qeyd edək ki, Bakı şəhərində küçə və avtomobil yollarının ümumi uzunluğu 1,5 min km-dir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272