Azərbaycan paytaxtının Füzuli meydanında yerləşən yeraltı keçid gələn həftədən bağlanacaq

azerbaycan paytaxtinin fuzuli meydaninda yerlesen yeralti kecid gelen hefteden baglanacaq
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi bu ilin noyabr ayının 3-dən etibarən Bakı şəhərinin Füzuli meydanında yerləşən yeraltı keçiddə təmir işlərinə başlayacaq.
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, həmin yeraltı keçiddə noyabrın 3-dən etibarən bütün istiqamətlərdə giriş və çıxışa məhdudiyyət qoyulacaq. Bununla bağlı Nəqliyyat Nazirliyi yeraltı keçiddə ticarətlə məşğul olan iş adamlarına bir ay öncə xəbərdarlıq edib ki, həmin ticarət obyektləri fəaliyyətini digər yerlərdə davam etdirsin.
Nazirlikdən həmçinin bildirilib ki, yeraltı keçidin təmir işlərini Nazirliyin sifarişi ilə Azərbaycanın «Sanur Holding» şirkəti aparacaq. Keçiddə eskalatorların quraşdırılması da nəzərdə tutulub. Yeraltı keçidin yenidən gələn ilin mart-aprel aylarında istifadəyə verilməsi planlaşdırılır: «Keçid istifadəyə veriləndən sonra burada ticarət obyektləri üçün yer ayrılacaq, lakin bundan sonra ticarət indikidən fərqli olaraq mütəşəkkil şəkildə aparılacaq».

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272