Azərbaycanda yanvar-noyabr aylarında yük daşınması 10% artıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda yük daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 10,4%, yük dövriyyəsi isə 15,5% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış 165,2 mln. ton yükün 47,2%-i avtomobil, 30,9%-i boru kəməri (o cümlədən, 18,2%-i Bakı-Tiflis-Ceyhan neft kəməri, 1,8%-i Cənubi Qafqaz qaz kəməri ilə), 15,3%-i dəmir yolu, 6,6%-i isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Hesabat dövründə özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 12,2% artıb, bu bölmənin yük daşınmasında payı 69% təşkil edib. Cari ilin yanvar-noyabr aylarında ümumilikdə nəqliyyat xidmətlərinin dəyər ifadəsində həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,7% artıb.
Nəqliyyat vasitələri ilə yanvar-noyabr aylarında 1,1 mlrd. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə sərnişin daşımanın həcmi 8% artıb. Bu sahədəki fəaliyyətin 83,2%-i qeyri-dövlət bölməsinin payına düşüb, sərnişinlərin 83,3%-i avtomobil, 16,1%-i metro nəqliyyatı ilə daşınıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267