Azərbaycanın süni milli peyki iki ildən sonra orbitə çıxarılacaq

Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın süni milli rabitə peyki orbitə 2010-cu ilin sonunda və ya 2011-ci ilin əvvəlində çıxarılacaq.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, hazırda orbitə peykin buraxılması üçün lazım olan orbital mövqeyin əldə edilməsi üçün müxtəlif şirkətlərlə danışıqlar aparılır: «Bundan əlavə, hazırda həm də bu layihənin daha tez həyata keçirilməsi üçün orbital mövqeyi olan ölkələrdən bu yeri müvəqqəti icarəyə götürmək üçün danışıqlar aparılır. Nəticəsi isə yaxın günlərdə məlum olacaq».
İ.Məmmədov bu layihənin çox böyük maliyyə vəsaiti tələb etdiyini də vurğulayıb.
Qeyd edək ki, dünyada peykin buraxılması layihələrinin icrası təxminən 100-160 mln. ABŞ dollarına başa gəlir. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272