«Azercell» şirkəti Qusarda 1500-cu baza stansiyasını istifadəyə verib

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Qusar rayonunda yeni radio-baza stansiyasını istifadəyə verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Qusarın ucqar dağ kəndi olan Əniğdə istifadəyə verilən 1 500-cü stansiya dəniz səviyyəsindən təxminən 1 500 metr hündürlükdə yerləşir və bu ötürücü rayonun 6 kəndində 8 min nəfər əhaliyə və bura gələn turistlərə xidmət edəcək. Stansiyanın açılış mərasimində «Azercell»in prezidenti Halim Ateş, vitse-prezidenti Ali Ağan və şirkətin digər nümayəndələri iştirak ediblər.
Bundan başqa, şirkət nümayəndələri Xaçmazda yeni «Azercell Express» ofisinin açılış mərasimində də iştirak ediblər. Şirkət bundan sonra da regionlarda «Azercell Express» ofislərinin sayını artırmaq niyyətindədir. Belə ki, növbəti belə ofislərin Qəbələ, Şəki, Zaqatala, Sumqayıt, Gəncə və digər bölgələrdə açılması nəzərdə tutulub.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində əhalinin 99%-i, respublika ərazisinin isə 80%-ə yaxın hissəsi (işğal olunmuş əraziləri çıxmaq şərti ilə) «Azercell»in əhatə dairəsinə daxil edilib. Hazırda şirkətin 3,5 mln. abunəçisi var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272